KayPro Ultra Bleach-Sarı effekt yaratmayan açıcı toz 500gram
Saçların maksimum açılması və maksimum qoruma.Beta-frukto-oligosakaridlər əsasında olan açıcı toz sarı effekt yaratmır,saçları yüksək dərəcədə qoruyur və 10 tona dək açır.Bu açıcı toz saçları maksimum nəticə ilə təmin edir və saçların təbii parlaqlığını,sağlamlığını qoruyur.Hər növ saç açma texnikaları üçün uygundur.
İstifadə qaydası: nisbəti: 1: 2 oksidləşdirici 10 həcm (3%)-20 həcm (6%)-30 həcm (9%)-40 həcm(12%).Saçların əsas rəng dərəcəsi 4 ton olduqda: saçları 5/6 tona kimi açmaq üçün 45 dəqiqə,8/9 ton açmaq üçün 20° otaq temperaturunda 90 dəqiqə,10 ton açmaq üçün isə 37-39°C(bədən temperaturunda)90 dəqiqə saxlamaq lazımdır.Əqər saçların əsas rəng dərəcəsi 4 tondan aşağıdırsa və ya saçlar dayanıqlıdırsa o zaman 37-39° temperaturunda 90 dəqiqə saxlanılır,sonra isə yuyulmadan təzə hazırlanmış emulsiya saçlara tətbiq edilir və əlavə olaraq 20 dəqiqə saxlanılır.Saç açma proseduru zamanı arzu etdiyiniz nəticəni əldə etmək üçün saçları vizual yoxlamaq tövsiyyə edilir.Saç açma prosedurundan sonra saçlar səmərəli şəkildə isti su ilə yuyulur.
(0 səs)